Xəbərlər 11.09.2023 01:31 739

“Azərbaycanın xarici əlaqələri-ABŞ” adlı kitab çapa hazırlanır

“Tarixi Araşdırmalar” ictimai birliyi “Azərbaycanın xarici əlaqələri-ABŞ” adlı kitabının hazırlanması başa çatıb.

Birliyin sədri Məmmədova Bahar Şahbaba qızı QHT.az-a bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan layihə çərçivəsində kitab hazırda çapa hazırlanır.

Qeyd edək ki, kitabda tarix boyu Azərbaycanın ABŞ ilə diplomatik, iqtisadi və mədəni qarşılıqlı əlaqələrinə toxunulub. Burada Azərbaycanın müstəqillik əldə etdikdən sonra ABŞ-la necə daha sıx əlaqələrə girdiyi də vurğulanıb. Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin tarixini və bu əlaqələrin necə inkişaf etdiyini ətraflı əhatə edib. Kitab Azərbaycanın xarici əlaqələri ilə bağlı mühüm mənbə olacaq və Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə əlaqələrinin dərindən dərk edilməsinə töhfə verəcək. Bu kitab həm akademik tədqiqatçılar, həm də ümumi oxucular üçün maraqlı və məlumatlandırıcı olacaqdır.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı