Alimlər insanların hansı yaşda ən xoşbəxt olduğunu kəşf edib
Tədqiqatçılar xoşbəxtliyin gizli açarını tapdılar. Beynəlxalq tədqiqatçılardan ibarət bir qrup insan həyatda ən xoşbəxt nə vaxt olur sualına cavab verməyə çalışıb və onların əldə etdiyi nəticələrə görə, uşağın həyatdan məmnunluğu 9-16 yaş arasında azalsa da, 70 yaşında pik həddə çatana qədər bir qədər yüksəlir.
QHT.az xəbər verir ki, həyatdan məmnunluq daha sonra 96 yaşına qədər yenidən azalır. Tədqiqatçılar hesab edirlər ki, bu azalma yetkinlik dövründə bədəndə baş verən dəyişikliklərin, eləcə də həmin dövrdə sosial dəyişikliklərin nəticəsidir. 70 yaşdan sonra həyatdan məmnunluq səviyyəsinin azalması fiziki xəstəliklər və ya zəif fiziki performans, sağlamlığın pisləşməsi və sosial əlaqələrin azalması, o cümlədən yaxınlarının ölümü ilə bağlı ola bilər.
Müsbət emosional vəziyyətlər isə doqquz yaşından 94 yaşına qədər davamlı olaraq azalır. Mənfi emosional vəziyyətlər 9-22 yaş arasında bir qədər dəyişkən, daha sonra 60 yaşa qədər azalaraq yenidən yüksəlir. Nəticələri ümumiləşdirərək, "Ümumilikdə, həyat məmnunluğuna və mənfi emosional vəziyyətlərə baxsaq, tədqiqat həyatın geniş bir dövrü ərzində müsbət tendensiya olduğunu göstərdi" dedi.
Pərvanə Fərhadqızı