Xəbərlər 25.09.2023 10:13 1991

"Təklif edirik ki, orta məktəb bitirən vətəndaşlarımız da həmin müavinəti alsınlar"- millət vəkili

İşğaldan azad olunan ərazilərimizdə çalışan vətəndaşlarımız artıq 600 manatlıq birdəfəlik müavinətin alınması üçün müraciət edə bilirlər. Şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayət edir. Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.

QHT.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, “Əmək Məcəlləsinə” edilən dəyişikliklər ilə işğaldan azad olunan ərazilərimizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqinə artıq başlanılıb: “Bu müavinəti peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər ala biləcəklər. İşğaldan azad oluna ərazilərimizdə çalışan və sadəcə orta məktəbi bitirənlər həmin müavinətdən istifadə edə bilmirlər. Aydındır ki, bu müavinətin verilməsində məqsədlərdən biri də həmin ərazilərimizdə ixtisaslı kadrların axınını stimuallaşdırmaqdır. Həmin ərazilərdə, xüsusən də minaların çoxluğu səbəbindən risk faktorunun yüksək olduğunu nəzərə alaraq müavinətin Qarabağ və Şərqi Zəngəzurda çalışan bütün vətəndaşlarımızı əhatə etməsi məqsədəuyyğun olardı. Bu baxımdan təklif edirik ki, sadəcə orta məktəb bitirən vətəndaşlarımız da diferensial olaraq həmin müavinəti almaq hüququna malik olsunlar. Həmin şəxslər 50 faizi həcmində dəstək, yəni 300 manat almaq hüququna malik ola bilərlər. Bu bir tərəfdən ixtisaslı kadrların stimullaşdırılması hədəfinin qalmasına, digər tərəfdən isə həmin ərazilərdə çalışan bütün işçilərin müavinətdən istifadə etməsinə imkan yarada bilər”.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı