Xəbərlər 03.10.2023 09:10 1514

"Qadın Sahibkarlığının İnkişafı" adlı tədbir - FOTOLAR

"Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 28.09.2023-cü il tarixdə Xaçmaz rayonu Heydər Əliyev mərkəzində sahibkar olmaq istəyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan 25 qadının iştirakı ilə "Qadın Sahibkarlığının İnkişafı" adlı tədbir həyata keçirilib.

QHT.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Tədbirdə KOBİA, Dövlət Məşğulluq Agentliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti, Xaçmaz DAİM-Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri iştirak edib və qadın sahibkarlığa dövlət dəstəyi, yaradılan şərait müzakirə olunub.

Layihənin məqsədi bölgələrdə həssas əhali qrupuna aid  qadınların sahibkarlıq fəaliyyətinə dəstək olamaq, özünəməşğulluq proqramına cəlb etmək və regionlarda sahibkar qadın icmaları yaratmaqdır. Həmçinin iştirakçılara layihə çərçivəsində hazırlanan, sahibkar olmaq istəyən qadınlar üçün bələdçi rolu oynayacaq "Sahibkar Qadın Portreti" adlı kitabça təqdim edilib.

Tədbir sonunda Xaçmaz Sahibkar Qadın İcması yaradılıb. Bu icma təşkilatın yaratdığı 7-ci qadın icmasıdır. Layihənin məqsədinə uyğun olaraq qadınlara dəstək layihə bitdikdən sonra da  yaradılan icmalar vasitəsilə olacaq, şəbəkələşmə prosesi davam edəcəkdir.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı