Regional həkim-endokrinoloqlar “R-pharm” əczaçılıq zavodunu ziyarət ediblər -FOTO
“R-Pharm” Şirkətlər Qrupunun Azərbaycandakı əczaçılıq kompleksi “Servier Azerbaijan” şirkəti ilə birgə aparıcı regional mütəxəssislərinin “R-Pharm” dərman istehsalı zavoduna işgüzar səfərini təşkil edib.
Səfər zamanı qonaqlar istehsal olunan məhsullar və bütövlükdə zavodun işi ilə tanış olublar. Mütəxəssislər əczaçılıq istehsalının təfərrüatlarına dalmağı, müəssisənin işi haqqında daha çox məlumat əldə etməyi, laboratoriyanı və istehsal sahəsinin anbarını ziyarət edərək xammal və məhsulların keyfiyyətini təhlil etmək üçün müxtəlif üsulları öyrəndilər.
Bu gün “R-Pharm” zavodu istehsalı beynəlxalq GMP standartlarına tam cavab verən Azərbaycanda ilk və yeganə dərman istehsalçısıdır. Şirkət həmçinin dünyanın aparıcı istehsalçılarının müasir avadanlıqları ilə təchiz olunub. Müxtəlif dərman formalarının istehsalı üçün ərazi və funksional olaraq ayrılmış zonalara, öz su təchizatı və su təmizləyici sisteminə malikdir. Ümumiyyətlə, zavod Qərbi-Avropa tipli müasir bir müəssisədir.
Müasir əczaçılıq müəssisəsinə baş çəkən ziyarətçilər əmin oldular ki, istehsal proseslərinin təşkili, zavodun quruluşu, binaların təchiz edilməsi, çox səviyyəli keyfiyyətə nəzarətin yüksək beynəlxalq standartlara cavab verir. Bu, ziyarətçilərin istehsal edilən məhsulların yüksək keyfiyyətinə inamını daha da gücləndirib.
Gələcəkdə “R-Pharm” zavodunda həkimlər, əczaçılar və aptek işçiləri üçün yeni texniki səfərlərin və aksiyaların təşkili planlaşdırılır.
Bakıdakı “R-Pharm” əczaçılıq kompleksi MDB məkanında istehsal, laboratoriya və logistika bloklarını özündə birləşdirən ən müasir zavodlardan biridir. Yüksək texnoloji avadanlıqlarla təchiz olunmuş obyektin sahəsi 4,6 hektardır. Zavodun istehsal gücü ildə 250 milyon vahiddən çoxdur.