Avropa Şurasının Bakı ofisi və İnstitut rəhbərlərinin görüşü
Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Avropa Şurasının (Council of Europe Office in Baku) Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Petr Zix ilə görüşüb.
QHT.az xəbər verir ki, İnstitutun rəhbəri Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq insan hüquqlarının və əsas azadlıqlarının həyata keçirilməsinin gücləndirilməsində və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının vaxtında, effektiv icrasını təmin etmək səylərində Azərbaycana dəstək olduqlarına, həmçinin səmərəli əməkdaşlığa görə P.Zixə təşəkkür edib. M.Quluzadə Avropa Şurasının “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının təkmilləşdirilməsinə dəstək” layihəsinin məhkəmə sisteminin inkişafında səmərəliliyin artırılmasına və keyfiyyətinin gücləndirilməsinə töhfə verəcəyinə ümid bəslədiyini qeyd edib. Həmçinin, Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığı ilə İnstitutun birgə təşkil etdiyi və hüquqşünaslar üçün nəzərdə tutulmuş Avropa İnsan Hüquqları Konvensiyasına 3-cü və 6-cı maddələri üzrə silsilə təlimlərə dair ən son məlumatları da qonağın diqqətinə çatdırıb.
Pərvanə Fərhadqızı