Xəbərlər 03.10.2023 19:23 1778

Təşkilat layihə çərçivəsində bir sıra görüşlər keçirib - FOTOLAR

“Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvərliyin Təbliği İctimai Birliyi Türkiyədə "Xocalı- Əsrin Soyqırımı" adlı layihəsinin icrasını davam elətdirir.

Birlikdən QHT.az- a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Birlik tədbirlər keçirmək üçün bir sıra təşkilat və siyasi partiyalarla görüş keçirib.

Bu gün isə MHP İzmir Aliağa şöbə Başqanı Nuray Erkünt Aydəmir və Ülkü Ocaqları  Başqanı Çatalay Ulu ilə görüşüblər. Onları maraqlandıran suallara cavab alıblar. Qarabağın indiki durumu ilə bağlı məlumatlar, işğal altındakı torpaqlarımızın Müzəffər ordumuzun gücü ilə azad olunmasından, hazırda Xocəvənddə, Xankəndində Azərbaycan bayraqları dalğalanmasından bəhs olunub. MHP başkanı Nuray Aydəmir və ülkü ocaqları başkanı Çatalay Ulu keçirəcəyimiz tədbirlərə dəstək olacaqlarını bildiriblər.

Qeyd edək ki, tədbirlər davam edir.

 

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı