Xəbərlər 10.10.2023 19:30 5392

Uşağınızın ağlamağına dözə bilmirsiniz? Uşaqlarda 3 Yaş böhranı nədir?

"Səbəb nə olursa olsun, uşağınızın ağlamasına mane olmayın. Tədqiqatlar göstərir ki, ağlamaq bədəndə zəhərli təsir göstərən manqanın çıxarılmasına kömək edir. Uşaq göz yaşlarını boğduğu zaman müxtəlif fiziki və psixoloji problemlərə qarşı həssaslığı artır. O da məlumdur ki, ağlamaq bədəndəki gərginliyi azaldır. Qısacası, ağlamaq sakitləşdirir".

QHT.az xəbər verir ki, bu sözləri Psixoloq Könül Babaşzadə bildirib. O, qeyd edib ki, valideynlər ağlayan uşaqlara edə biləcəyiniz ən yaxşısı sakit olun, uşağı anlamağa və sakitləşdirməyə çalışın.

Bəs Uşaqlarda 3 Yaş böhranının səbəbləri nədir?

Psixoloq Pərvanə Babayeva bildirib ki, bu dövrdə uşaqlar inadkar ola bilər: "Gördüyünüz hər şeyi etməyə meyilli olduğunu görə bilərsiniz. Çünki özünü sizə və ətrafa sübut etməyə çalışır. Bu dövrdə uşaq yalnız öz istədiyi yeməyi yemək və istədiyi paltarı geyinməyi üstün tutur. Bütün bunlar övladınızın müstəqil olma istəyindən qaynaqlanır. Çünki "mən" olma dövründədir. Özündən və ətrafdakı insanlardan xəbərdardır. Bacardığı işləri görməkdən və tapşırıqları yerinə yetirməkdən zövq alır. Bu yaş dövründə olan uşaqlara lazımı qayğı göstərmədiyinizdə, yetərincə qiymətləndirilmədiyində və ya tələblərinin yerinə yetirilmədiyini hiss edərsə, ağlama krizinə girə bilər. Ağlama krizləri daha çox 3 Yaş böhranında rast gəlinir".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı