Xəbərlər 17.06.2025 23:07 40

“WUF13 QHT Koalisiyası”nın növbəti görüşü keçirilib

2025-ci il iyunun 13-də “WUF13 QHT Koalisiyası”nın hibrid formada növbəti görüşü olub.

QHT.az APA -ya istinadən xəbər verir ki, 28 ölkədən 55 iştirakçının iştirakı ilə keçirilən müzakirələrin əsas mövzusu “2026: Bakı - 13-cü Ümumdünya Şəhərsalma Forumuna gedən yol” olub.

Tədbirin moderatoru Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli olub. Görüş zamanı QHT-lərin bu qlobal tədbirə cəlb olunması mexanizmləri barədə informasiya mübadiləsi aparılıb.

Afrika Səhiyyə Təşkilatları Assosiasiyasının (AHOA) rəhbəri Uzodinma Adirieye, Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ərəb Platformasının (APFREEE) rəhbəri Kamel Esseqairi, Hindistanın UDYAMA təşkilatının sədri Pradeep Mohapatra, Keniyanın “Wote Youth Development Projects” təşkilatının rəhbəri Peter Nqola Oviti və digər iştirakçılar öz təcrübə və fikirlərini bölüşüblər. Görüş zamanı iştirakçılara BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sərəncamı ilə Təşkilat Komitəsinin yaradılması barədə də məlumat verilib. AMQF İdarə Heyətinin üzvü, millət vəkili Pərvanə Vəliyeva və ekspert Amin Məmmədov xarici QHT-lərin suallarını cavablandırıblar.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı