Xəbərlər 21.10.2023 17:20 5766

Bu gün qabaqcıl müəllimə İmmi Hüseynovanın 60 yaşı tamam olur

Hər bir cəmiyyətin inkişafı onun yetişdirdiyi kadrların peşəkarlığından asılıdır. Bu kadrları yetişdirən də müəllimdir.

 

 QHT. az  Profil.az-a istinadən  xəbər verir ki, dünyanın ən məşhur adamları müəllimə olan sevgi və hörmətlərini müxtəlif aforizmlərlə bildiriblər. Ulu öndər Heydər Əliyev də hər zaman müəllimlik peşəsini çox gözəl qiymətləndirmişdir. O, bildirib: “Müəllim hər zaman hörmət və ehtiramla xatırlanmalıdır. Mənim çoxillik həyatımda,dünyanın çox mərhələlərini keçib gəldiyim həyatımda ən çox yadda qalan, ən ali sima mənim üçün əziz olan müəllimlərimdir.”

 

Ulu öndərin müəllim haqqında dedikləri bu fikirlər sanki Bakı şəhər Nizami rayonu Məzahir Rüstəmov adına 32 №-li tam orta məktəbin tarix müəllimi İmmi Hüseynovaya şamil edilib. İmmi Əli qızı Hüseynova 1963 cü il 21 oktyabrda Qazaxıstanın Alma-ata şəhərində ziyalı ailəsində anadan olub. Bakı şəhərində yerləşən 1№-li Respublika İnternat məktəbində Tarix nüəllimi kimi pedoqoji fəaliyyətə başlayan İmmi Hüseynova sonradan həyat yoldaşının işi ilə əlaqədar olaraq Naxçıvan şəhərinə köçüb və M.Cəfərov adına 14 saylı tam orta məktəbdə fəaliyyətini davam etdirməyə başlayıb. O,uzun illər Naxçıvan Dövlət Universitetində,həm də Naxçıvan Müəllimlər İnstitutunda dərs deyib.İmma Hüseynova Naxçıvan şəhər V.Zeynalov adına 3 saylı tam orta məktəbdə tarix fənnini rus dilində də tədris edib.Naxçıvandakı pedoqoji fəaliyyəti müddətində “Naxçıvan tarixi” dərsliyinin müəllifi olub. 2012-ci ilin oktyabrında İmmi müəlliməyə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adı verilmişdir. Bundan başqa İmmi Hüseynova dəfələrlə məktəb rəhbərliyi, Naxçıvan MR Təhsil Nazirliyi, Naxçıvan şəhər Təhsil Şöbəsi, Naxçıvan MR Tarix muzeyi rəhbərliyi tərəfindən fəxri fərman və təşəkkürlərlə təltif edilmişdir.

 

İ.Hüseynova hal-hazırda Məzahir Rüstəmov adına 32 №-li tam orta məktəblə yanaşı eyni zamanda Bakı Avrasiya Universitetində tarix fənnini tədris edir. O, öz peşəsinin sevən müəllimdir. O hər zaman deyir: “Əsl xoşbəxtlik odur ki,ürəyin istəyən işlə məşğul olasan. Bu gün mən çox xoşbəxtəm. Çünki bütün qəlbimlə bütün ruhumla müəlliməm.Həm də tarix müəllimi.”

 

Bu gün qabaqcıl müəllimə İmmi Hüseynovanın 60 yaşı tamam olur. 60 illik yubileyi münasibətilə Yasamal rayon MKS-inin X.B.Natəvan adına 4 №-li kitabxana filialının əməkdaşları İmmi müəlliməni təbrik edirik. İmmi müəlliməyə uzun ömür, can sağlığı arzu edirik!

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı