Tətil qorxu filminə çevrildi
Bir qrup qadın turist kirayə götürdükləri və canlı yarasalarla dolu olan "qorxu filmi evi"nə görə Airbnb-ni məhkəməyə verir.
QHT.az xəbər verir ki, qadınlar tətil üçün Miçiqan ştatında "The Castle" adlı Viktoriya üslubunda ev kirayələyiblər. Onlar bildirdilər ki, qaldıqları ilk üç gecə xoş keçib, lakin dördüncü gecə qülləsi olan böyük otaqda olan iki qadın otağın ətrafında uçan yarasaların qışqırıq səsi ilə oyanıblar. Qadınlar əvvəlcə evə yalnız bir yarasa girdiyini düşünürdülər, lakin dəhlizə daha bir neçə yarasa daxil olmağa başlayanda onlar qaçmağa cəhd ediblər. Elə bu zzaman bütün pilləkənlərin “yarasalarla örtüldüyünü” aşkar etdilər.
Pərvanə Fərhadqızı