Xəbərlər 20.11.2023 15:39 2594

Şəhid baş leytenant Elvin Rəhimovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan 1991-ci il noyabrın 20-də Füzuli rayonunun Zərgər kəndində anadan olub.

QHT.az xəbər verir ki, Cəmşid Naxçıvanski adına hərbi liseydə və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. Elvin Rəhimov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlərə qatılıb və noyabrın 4-də qəhrəmancasına şəhid olub.

Elvin Rəhimov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı