Xəbərlər 05.12.2023 09:50 2379

Vətən Müharibəsi Şəhidi Nadirov Elçinin doğum günüdür

Elçin Nadirov 1987-ci il dekabrın 5-də Şəki rayonunun Qoxmuq kəndində anadan olub.

QHT.az xəbər verir ki, Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Elçin Nadirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Nadirov oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Nadirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Nadirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı