Xəbərlər 05.12.2023 18:00 1540

FHN-in Sumqayıt Regional Mərkəzi Abşeron Rayon İcra Hakimiyyətində müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron Rayon İcra Hakimiyyətində rayon ərazisində mülki müdafiənin vəziyyətinə dair müşavirə keçirilib.

 

Müşavirədə FHN Sumqayıt Regional Mərkəzi, Abşeron Rayon Yanğından Mühafizə Hissəsi, Abşeron Rayon İcra Hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, aidiyyəti rayon xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak ediblər.

 

Müşavirədə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Sadıqov keçirilən tədbirin əhəmiyyətindən bəhs edib, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıb.

 

Sonra Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev çıxış edərək rayon ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat verib.

 

Daha sonra çıxış edən natiqlər mülki müdafiə sahəsində görülmüş işlər barədə ətraflı məlumat veriblər. Həmçinin, Sumqayıt Regional Mərkəzinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən mülki müdafiə obyektlərinin vəziyyəti haqqında müşavirə iştirakçılarına məlumat verilib.

 

Müşavirənin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı