Xəbərlər 11.12.2023 00:00 1762

“Bullinqə birlikdə “Son” deyək!” adlı Konfrans keçirilib - FOTOLAR

Dekabrın 3-də layihənin fəaliyyətləri çərçivəsində Neftçala rayonu Xıllı qəsəbə 1 saylı tam orta məktəbində konfrans keçirilib. Konfransda yeniyetmələr, icma üzvləri, pedaqoji kollektiv, yerli İcra Nemayəndəsi və Bələdiyyə, həkim, polis, hüquqşünas, psixoloq iştirak edib.

QHT.az xəbər verir ki, Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə Konfransı açıq elan edib iştirakçılara layihənin məqsəd və vəzifələri, layihə çərçivəsində görülən işlər və onların nəticəsi barədə məlumat verib.

Konfrans mövzu ətrafında panel müzakirə ilə davam edib. Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin direktoru Kəmalə Ağazadə mövzu ətrafında müxtəlif suallarla panelə müraciət edib. 100 nəfərdən ibarət iştirakçının 70%-i müzakirəyə qatılıb. 2 saat davam edən müzakirələrdən sonra konfrans işini yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olaraq Xıllı qəsəbə 1 saylı tam orta məktəbində icra olunan “Bullinqə birlikdə “Son” deyək!” layihəsinin müəllifi Xıllı qəsəbə 1 saylı tam orta məktəbin müəllimi Günay Nağıyevadır.

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı