Xəbərlər 11.12.2023 00:17 1344

Təhsilin İnkişafı Fondunun Gəncədə yerləşən ali təhsil müəssisələri üçün təqdimatı keçirilib - FOTOLAR

Azərbaycan Texnologiya Universitetində Təhsilin İnkişafı Fondunun Gəncədə yerləşən ali təhsil müəssisələri üçün təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos.Yaşar Ömərov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov və hər üç universitetin struktur bölmə rəhbərləri iştirak edib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov təqdimatla çıxış edib. Sədr Fondun yaradılması, məqsədləri, missiyası, Fond tərəfindən həyata keçirilən layihələr, təqaüd proqramları barədə ətraflı məlumat verib, perspektivdə yeni layihələrin olduğunu qeyd edib.

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı