Xəbərlər 15.12.2023 12:45 4135

Ailəmizə dəyər verək! Zenfira Mustafayeva yazır

Ailələrdə münasibətlərin düzgün qurulması, sonradan ailə münasibətlərində dərin qatların yaranmasına, boşanmalara, evladların yarımçıq ailələrdə böyüməsinə gətirib çıxarır. İstər uşaqlarla, istərsə də böyüklərlə münasibət əsl səmimiyyət, məhəbbət üzərində qurulmayanda, bundan həm uşaqlar, həm də böyüklər əziyyət çəkirlər. Ailədə normal davranış, həyat tərzi yaradılmasında, hər gün söz-söhbətin olması bütün ailə üzvlərində əsəb gərginliyi yaradır, bu da sonda faciəyə səbəb ola bilər. Çox vaxt isə insanı təkliyə, cəmiyyətdən kənarlaşmağa gətirib çıxara bilər. Bu halda ruhdan düşməmək, yaxınları ilə məsləhətləşmək, hər hansı münaqişəni birlikdə həll etmək əsas məsələdir. Bizim övladlarımızın ailələrində hansısa kiçik münaqişə belə olduqda, onlara gedirik, hər iki tərəfi dinləyib, səbəbi bildikdən sonra öz həyat təcrübəmizdə qazandığımız məsləhəti veririk.

Bəzən yeniyetmə dövrünün uşaqları ailədə özlərini necə aparmaq lazım olduğunu bilmədiklərindən pis yola düşür, dərslərindən geriləyir, siqaret və içki kimi pis vərdişlərə qoşulur, nəticədə ailədəki problemin üzərinə daha bir problem gətirir. Ailənin uşaqları heç kimlə yola getmək, məsləhətləşmək, hesablaşmaq istəmirlər. Belə şıltaqlıqları qəbul etmək istəməyən ailə üzvləri problemin aradan qaldırılmasının bircə yolunu ayrılmaqla, kiminsə atasız, kiminsə anasız qalması ilə gələcək ailələrin də problemlərinin yaranmasında görürlər.

Bütün bu problemlərin və münaqişələrin aradan qaldırılması üçün ilk növbədə insanlar, xüsusi ilə gənclər, yeniyetmələr öz gələcək həyat yoldaşlarını sevərkən ahıllar, düşüncə ilə hərəkət etməli, yüz ölçüb, bir biçməlidirlər. Evlilik hər zaman toy-bayram, gəzintilər, bal ayının daima davamı demək deyil. Çətinlillərə, sınaqlara, həyatın eniş-yoxuşuna hazır olmalıdırlar. Yəkcə öz həyat yoldaşı ilə deyil, onunla yaşayan ailə üzvləri ilə də yola gedə biləcəyini götür-qoy etməlidir. Qısqanclıq da ailədə böyük faciəyə gətirib çıxara bilir. Ailədə səmimi söhbət əvəzinə həmişə şübhəli, inamsız qeybətlər olur. Bəzən uşaqların yanında belə söhbətlərin aparılması və ya uşaqlardan istifadə etməklə ərin və ya arvadın xəyanətini sübut etməyə çalışmaq kimi eybəcər hala nəinki özlərinin, həyatda uşaqların da dincliyini, psixikasına xələl gətirir.

Xoşbəxt etməyi bacarsaq, o zaman özümüz də, övladlarımız da xoşbəxt və rahat yaşayarıq.

 

 

Zenfira Mustafayeva

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı