Xəbərlər 12.01.2024 22:14 514

“Heydər Əliyev və mənim gözəl paytaxtım" layihəsinin icrası Sabunçu rayonunda - FOTOLAR

“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi 12 yanvar 2024-cü il tarixində  Nardaran qəsəbəsi  295 № li tam orta məktəbdə “Heydər Əliyev və mənim gözəl paytaxtım" layihəsinin növbəti tədbirini keçirib.

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən təşkil olunmuş 17-ci qrant müsabiqəsi çərçivəsində maliyyələşən,  Azərbaycan Respublikasının Elm və Təhsil Naziliyi  yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin  razılığı ilə 01 dekabr 2023-cü il tarixindən başlayaraq,  “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi tərəfindən Sabunçu rayonu Maştağa, Nardaran, Bilgəh qəsəbələrində yerləşən 9 təhsil ocağında həyata keçirilən “Heydər Əliyev və mənim gözəl paytaxtım “ layihəsinin icrası davam edir.

QHT.az xəbər verir ki, layihə ləhbəri Namiq Nəcəfov bildirib ki, 12 yanvar 2024-cü il tarixində, layihənin İcra Planına uyğun olaraq, Nardaran qəsəbəsi  295 № li tam orta məktəbin kitabxanasında  layihənin  növbəti  tədbiri keçirilmişdir.  Kitabxanada , lövhə üzərində , 8 c sinif şagirdi  Ş.Əsgər zadənin çəkdiyi  Ulu Öndər  Heydər Əliyevin rəsmi, digər tərəfdə Heydər Əliyevə həsr olunmuş fotolar və mətnlərdən ibarət stend  nümayiş olunurdu. “Oriqami” təşkilatı, layihə çərçivəsində hazırlanmış loqolu Rol up,stolüstü şəffaf tutacaqlar üstündə A-4 formatda  xüsusi hazırlanmış loqolu lövhələr, masaların üstünə  layihə çərçivəsində hazırlanmış loqolu  kiçik formatlı bayraqlar düzmüşdü.Layihə iştirakçıları üçün loqolu qələmlər qoyulmuşdu.

Tədbirdə 295 № li tam orta məktəbin  direktoru səlahiyyətlərinin müvəqqəti  icra edən  Z.Rəşidova, D.Cəbrayılova, fənn müəllimləri – A.Mustafayeva, L.Əhmədova, UBTR D. Novruzova və layihə rəhbəri Namiq Nəcəfov iştirak edirdilər. Tədbiri, giriş sözü ilə, layihə rəhbəri N.Nəcəfov açdı. O, çıxışında Ümummilli Lider Heydər Əliyevə  Azərbaycan xalqının  dərin məhəbbətindən və böyük ehtiramından danışdı. D.Cəbrayılova 295 № li tam orta məktəbdə  “Heydər Əliyev və mənim gözəl paytaxtım “ layihəsinin icrası sahəsində görülmüş işlərdən danışdı və bu münasibətlə şagirdləri daha fəal olmağa çağırdı. Z.Rəşidova  çagirdlərin təlim-tərbiyəsində   “Heydər Əliyev və mənim gözəl paytaxtım “ layihəsinin rolunu qeyd etdi və  Azərbaycan Gənclər Fondunun Bakıətrafı kənd və qəsəbələrdə gənclərin hərtəfəfli inkişafına göstərdiyi diqqəti və dəstəyi önə çəkdi.

Tədbirə toplaşmış şagirdlər – 7a sinfi A.Ağayeva,8a Ə.Ağarəziyeva,8b R.Əlizadə,F.Əhmədli, 8 c N.Bağırova, Z.Quluzadə, 8 ç  R.Dadaşov,8 d U. Gənciyeva,  9 a H.Cəbrayılov, Q.Ağayev, 9 b A. Şahbazova, 9 c R.Ağayeva ,Z.Məhərrəmova,10 a X.Əliyeva, G.Rzayeva, Ulu Öndərə həsr olunmuş  və  tətil günlərində evdə işlədikləri  esse yazılarından kiçik parçalar oxudular. Şagirdlərin biri-birindın  maraqlı və məzmunlu  çıxışları bütün içtirakçıların  çox xoşuna gəldi və dəfələrlə alqışlandı. Layihə rəhbəri N.Nəcəfov  təqbirdə fəal iştirak etdikləri üçün  şagirdlərə təşəkkür etdi və   tədbirin keçirilməsi məqsədi ilə yaradılan şəraitə və təşkilatçılığa  görə 295 № li tam orta məktəbin   pedaqoji heyyətinə  minnətdarlığını bildirdi.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı