Xəbərlər 29.01.2024 00:44 2818

İctimai Birlik layihəsinin icrasını davam etdirir - FOTOLAR

 “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi 25 yanvar 2024-cü il tarixində  Maştağa qəsəbəsi  255 № li tam orta məktəbdə  “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin növbəti tədbirini  keçirdib.

Layihə rəhbəri Namiq Nəcəfov QHT.az- a bildirib ki, layihənin icrasına Sabunçu rayonu Maştağa, Nardaran, Bilgəh qəsəbələrində yerləşən 9  tam orta məktəbin kontinqenti sirasından  könüllülük prinsipi əsasında, qabiliyyət və bacarıqları ilə seçilən, çalışqan, intizamlı şagirdlər qoşulublar. 25 yanvar 2024-cü il tarixində, layihənin İcra Planına uyğun olaraq, Maştağa qəsəbəsi 255 № li tam orta məktəbdə, sinif otağında, layihənin növbəti təqbiri keçirilib. Tədbirdə layihə iştirakçılarınin Ulu Öndərin əziz xatirəsinə olan dərin ehtiramını əks etdirən esse yazılarına keçirilib baxışa və onun nəticələrinin müzakirəsinə həsr olunub.  

Tədbiri, giriş sözü ilə, layihənin rəhbəri Namiq Nəcəfov açdı. O,bildirdi ki, “Heydər Əliyev və mənim gözəl paytaxtım”  layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun 17-ci qrant müsabiqəsi çərçivəsində keçirilir. N.Nəcəfov tədbir iştirakçılarına  layihə çərçivəsində şagirdlərin tətil günlərində, evdə, hazırladıqları esse yazıları barədə məlumat verdii. Sonra məzmun baxımından daha əhatəli olan  esse yazılarını tədbirə toplaşanların diqqətinə çatdırdı.

Layihə rəhbəri N.Nəcəfov esse yazılarını hazırlamış 12 nəfər  şagirdə təşəkkürünü birdirdi və onları  layihə çərçivəsində hazırlanmış loqolu  dəftərxana, çap məhsulları və istehlak malları ilə rəğbətləndirdi. 255 № li tam orta məktəbin təlim-tədris işləri üzrə direktorun müavini Z.İsmayılovaya “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin icra olunması üçün məktəbdə  yaradılan  şəraitə görə , layihə çərçivəsində, çərçivəli Təşəkkürnamə təqdim edildi.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı