Xəbərlər 02.02.2024 21:24 3479

Layihə uğurla yerinə yetirilib

Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən icra olunan “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində maliyyələşdirilib.

Layihənin icra olunma müddəti 10 ay olmuşdur.

Layihə aşağıda qeyd olunan məqsədlərə nail olunmasına yönəlib:

Məqsəd 1

Azərbaycanda BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyanın və digər konvensiyaların (əlilliyi olan şəxslərin hüquqlarına dair müddəaları olan) həyata keçirilməsinə dair alternativ məlumatların və hesabatların hazırlanması prosesində yerli təşkilatların potensialını, səviyyəsini və iştirak keyfiyyətini yüksəltmək.

Məqsəd 2

Əlilliyi olan şəxslərin iştirakçılığının artırılması, Komitə tərəfindən Azərbaycan Hökumətinə verilmiş tövsiyələrin bir hissəsinin icra səviyyəsinin müəyyən edilməsi və təhlili.

BMT qurumları ilə əməkdaşlıq, Beynəlxalq təşkilarda təmsilçilik, donorlarla əlaqələrin qurulması kimi bacarıqların inkişaf etdirilməsi fəaliyyətərinin inkişafı.

Təlimlərdə əlilliyi olan şəxslərin 15 təşkilatından, hər təşkilatdan 2 nəfər olmaqla cəmi 30 nəfər iştirak etmişdir. Onlardan 5 nəfəri kişi, 25 nəfəri qadınlar olublar.

Təlimlər aşağıdakı mövzuları əhatə etmişdir: 

- Beynəlxalq konvesiyalar üzrə alternativ hesabatların hazırlanması, göndərilməsi və təqdim edilməsi prosesi və prosedurları, 

- Monitorinq aparılması, məlumatların toplanması metodologiyası və praktiki cəhətləri, 

- BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyası (ƏŞHHK) və əlilliyi olan şəxslərin hüquqları ilə bağlı müddəalara malik olan digər konvensiyaların tələbləri, 

- Azərbaycan Hökuməti tərəfindən təqdim olunan hesabatlar, 

- BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Komitəsinin Azərbaycan Hökumətinə tövsiyələri, 

- BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və ƏŞHHK maddələri arasında uyğunluqlar, 

Layihələrin yazılması və idarə olunması. 

 Əldə olunan nəticələr:

- Əlilliyi olan şəxslərin 15 təşkilatının məqsədlərdə qeyd olunan istiqamətlər üzrə bacarıqları əldə edib;

- 30 nəfər alternativ hesabatların hazırlanması qaydaları ilə bərabər BMT qurumları ilə əməkdaşlıq, Beynəlxalq təşkilarda təmsilçilik, layihələrin tərtib olunması və yerinə yetirilməsi, komandada işləmək vərdişləri, donorlarla əlaqələrin qurulması kimi bacarıqlar  əldə edib; 

- 15 təşkilat praktik olaraq alternativ (tematik) hesabat hazırlayıb BMT-nin müfafiq Komitəsinə təqdim edib və təqdim olunan alternativ (tematik) hesabatlar Komitənin saytına qoyulub.

Layihə çərçivəsində 2 broşura nəşr olunub:

  1. “BMT-nin əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya (ƏŞHHK) ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) arasında əlaqə”
  2. “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsi üzrə icmal.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı