Xəbərlər 08.05.2024 18:29 2152

“DAHİ ÖMRÜ” – Masallıda tədbir


“DAHİ ÖMRÜ” – Masallıda tədbir

 

Masallıda, Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı tədbir keçirildi.
Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, mədəniyyət işçiləri, media və ictimaiyyət nümayəndələri, gənclər iştirak edirdi. 
Əvvəlcə  Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Masallı Dövlət Regional Kollecinin müəllimi Kamala İmanova xalqını və dövlətini canından artıq sevən Ümummilli Liderin Azərbaycanın parlaq gələcəyi naminə misilsiz xidmətləri barədə məruzə ilə çıxış etdi.
Sonra Masallı Mədəniyyət Mərkəzinin solistləri, Masallı Xalq Teatrının həvəskar aktyorları və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin təqdimatında “Dahi ömrü” adlı ədəbi-bədii kompozisiya nümayiş olundu. 

 

Akif AĞAYEV
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı