Sahib Məmmədov: “Əgər təsir mexanizmləri yoxdursa...”
“İnsanı nəyə isə vadar etmənin iki əsas yolu var: HƏVƏSLƏNDİRMƏ və MƏCBURETMƏ. Ən azı məcburiyyət mexanizminin olmaması səbəbindən dərsini yaxşı oxumayan və ya tərbiyəsi yerində olmayana nə məktəbin rəhbərinin, nə müəllimin təsir imkanı yoxdur”.
QHT.az xəbər verir ki, bu fikirləri Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bildirib. QHT sədrinin sözlərinə görə, əslində bu mexanimləri müəyyən etmək də asan deyil: “Fiziki cəza olmaz. Cərimə nəzərdə tutulmur. Tədrisdən çıxarmaq (qovmaq) da mümkün deyil. Bizlər oxuyanda qeyri-legitim mexanizm işləyirdi. Söhbət fiziki cəzadan gedir. Əleyihinəyəm. Sadəcə az qala yeganə yol idi. Baş verən son bullinq və fiziki işgəncə halına görə məktəb nə edə bilərdi ki? Əgər məktəb ərazisində olsaydı əlbəttə müəyyən məsuliyyət yaranırdı. Direktoru qınamağın nə yeri? Valideynləri çağırıb söhbət ediblər, şagirdlə söhbət ediblər. Bundan başqa nə edə bilərdilər ki? Əgər təsir mexanizmləri yoxdursa...”.