Xəbərlər 20.06.2025 14:05 39

“İctimai nəzarət mexanizmlərinin monitorinqı” adlı layihə çərçivəsində növbəti seminar keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şirvan Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim” ictimai birliyi tərəfindən icra olunan “İctimai nəzarət mexanizmlərinin monitorinqı” adlı layihə çərçivəsində növbəti seminar Şirvan şəhər Hacıqəhrəmanlı qəsəbəsi H. Əliyev Mərkəzində təşkil edilmişdir. 

QHT.az xəbər verir ki, seminarda Hacıqəhrəmanlı dairə inzibati ərazi nümayəndəliyinin rəhbəri Vidadi Hüseynov və qəsəbəsinin sakinləri iştirak etmişlər. Seminarı ekspert Əli Mirzəyev aparmışdır. Tədbirdə iştirakçıların diqqətinə təqdimat çatdırılmışdır. Təqdimatda “ictimai nəzarət” anlayışı, ictimai nəzarətin qanunvericilik bazası, Azərbaycan Respublikası Prezidentinin ictimai nəzarətin vacibliyi barədə söylədiyi fikirlər, Qeyri Hökumət Təşkilatlarının bu sahədə rolu və s. barədə məlumatlar verildi.

Müzakirələrdə  Elxan Şahgəldiyev, Nurcahan Məmmədova, Arif Əliyev və başqaları ictimai nəzarətin cəmiyyətin inkişafında müsbət rolu barədə fikirlərlə tamamilə razı olduqlarını bildirdilər və praktiki misallarla mövqelərini nümayiş etdirdilər.

İştirakçıların xeyli hissəsi İnternetin qiymətinin qaldırılmasından şikayət etdilər və xüsusilə vurğuladılar ki, qiymət qalxsa da internetin sürəti əksinə aşağı düşüb. Bütün aidiyyati qurumlara şikayət ediblər, lakin nəticəsi yoxdur. Çay fasiləsi zamanı da müzakirələr davam etdirildi.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı