Xəbərlər 24.02.2024 11:59 6822

Aygün Əliyeva: Xocalıda tapılan kütləvi məzarlıq haqqın, ədalətin səsidir

Zəfərimizdən və lokal xarakterli antiterror tədbirlərindən sonra Xocalıda da müqəddəs bayrağımız dalğalanır. Bu yaxınlarda xocalılılar doğma ev-eşiklərinə qayıdacaqlar və orada həyat yenidən canlanacaq.

 

QHT. az xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Xocalı faciəsi itkinlərinin naməlum taleyindən bəhs edən “13” adlı bədii-sənədli filmin təqdimatı zamanı deyib.

 

İcraçı direktor bu yaxınlarda Xocalıda tapılan kütləvi məzarlığın da ədalətin, haqqın səsi olduğunu bildirib. Qeyd edib ki, Xocalı soyqırımına ilk siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Deyib ki, 2008-ci ildən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilən tədbirlər bu faciənin dünyaya çatdırılmasında, Azərbaycan həqiqətlərin tanıdılmasında mühüm rol oynayıb.

 

Aygün Əliyeva vurğulayıb ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi əsir, girov və itkinlər mövzusuna müvafiq QHT layihələrinə geniş yer verilməsinə xüsusi diqqət ayırır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı