Xəbərlər 28.02.2024 08:58 768

Laçın sakini: “Yerli “İsveçrəmizə” qayıdıram”

“Laçın yerli “İsveçrəmizdir”, doğma yurduma qayıdıram”.

 

QHT.az “Report”-a istinadən xəbər verir ki, bu barədə doğma yurduna qayıdan Laçın sakini Bəşir Bəşirov söyləyib.

 

“Laçın daim İsveçrə ilə müqayisə olunub. Oralar bizim yerli “İsveçrəmizdir”. Məmləkətimizə qayıtdığımıza görə çox şadıq”, - sabiq məcburi köçkün vurğulayıb.

 

Onun sözlərinə görə, Azərbaycan hökuməti bölgəni daha da abadlaşdıraraq İsveçrə səviyyəsinə çatdırıb.

 

Xatırladaq ki, bu gün, fevralın 28-də, Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola salınıb


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı