Xəbərlər 13.03.2024 16:48 1164

Dövlət Məşğulluq Agentliyi Laçın, Füzuli və Ağdamda peşə kursları təşkil edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlar üçün aktiv məşğulluq tədbirlərini davam etdirir.

 

Bu istiqamətdə növbəti tədbir olaraq Agentlik Laçın şəhərində qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, Füzuli şəhərində mebel ustası və Ağdam şəhərindəki “Ağdam Sənaye Parkı”nda genişprofilli dəzgahçı peşələri üzrə peşə hazırlığı kursları təşkil edib.

 

Qarabağ Peşə Hazırlığı Mərkəzi və işəgötürənlərlə birgə təşkil edilən kurslara Laçın, Füzuli və Ağdam rayonları üzrə 30 nəfər şəxs cəlb edilib.

 

Təlimlər xüsusi meyarlar üzrə qiymətləndirilmiş mütəxəssislər tərəfindən həyata keçirilir. Kursları uğurla başa vuran şəxslərin yeni yiyələndikləri peşələr üzrə işlə təminatına da dəstək göstəriləcək.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı