Xəbərlər 06.05.2024 14:06 1031

Uşaq Səfirimiz Türk dünyasının ilk Beynəlxalq Riyaziyyat Olimpiadasının finalına vəsiqə qazanıb

Uşaq Səfirlər Məclisinin üzvü Əliəkbər Babayev Türk dünyasının ilk Beynəlxalq Riyaziyyat Olimpiadasının (Turkic International Mathematical Olympiad) Türkiyənin İstanbul şəhərində keçiriləcək final turuna vəsiqə qazanıb.

QHT.az xəbər verir ki, Olimpiadada III-XI sinif kateqoriyalarından hər biri üzrə 3 qalib ölkəmizi beynəlxalq olimpiadada təmsil edəcək.

Qeyd edək ki, olimpiadanın məqsədi türk dünyası ölkələrində təhsil alan istedadlı şagirdləri üzə çıxararaq onları beynəlxalq arenada tanıtmaqdır. TIMO Türkiyə və Avropada yerləşən prestijli universitetlərdə təhsillərini davam etdirmək üçün şagirdlərə möhtəşəm fürsət verir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı