Nazir Sahil Babayev İmişlidə vətəndaşları qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İmişli rayonunda İmişli və Beyləqan rayonlarının sakinlərini qəbul edib.
Qəbuldan əvvəl S.Babayev və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qəbul zamanı vətəndaşlar məşğulluq, mənzil və avtomobil təminatı, əlillik, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.
Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.