Xəbərlər 29.02.2024 18:56 3477

Kəndlərin qazlaşdırılması davam etdirilir - Masallıda

Kəndlərin qazlaşdırılması davam etdirilir - Masallıda

 

Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib 

 

Masallı rayonu Qodman ərazisinin Əzizabad kəndində növbəti mərhələ çərçivəsində daha 17 fərdi yaşayış evi təbii qazla təmin olunub.
Bu münasibətlə keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılıması şöbəsinin müdiri Adəm Məhərrəmov, “Azəriqaz” İstehsalat Birliyi Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Namiq Məmmədov, Masallı xidməti sahəsinin rəisi İxtiyar Seyfullayev, kənd sakinləri iştirak ediblər.
Çıxışlarda Masallı rayonunda həyata keçirilən layihələrdən və əhalinin mavi yanacağa olan təlabatının ödənilməsi sahəsində görülən işlərdən danışılıb və bu işlərin davam etdirildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, hazırda rayonun 103 kəndindən 93-ündə təbii qazdan istifadə edilir.
Əzizabad kəndi ucqar dağ relyefli ərazidə yerləşir. Kənddə 96 fərdi ev vardır. Kəndin əhalisinin sayı 455 nəfərdir. Kəndin qazlaşdırılması üçün 5000 metr uzunluğunda müxtəlif diametrli polad borular vasitəsilə yerüstü paylayıcı qaz xətti çəkilib. 
Kənd sakinlərindən Məhərrəm Cahangirov, Ruzbeh Əsədzadə, Şəmsulla Cahangirov və başqaları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Masallı RİH başçısı Araz Əhmədova və Azəriqaz İB rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Təzə Alvadıda yeni yaşayış massivinə qaz xətti çəkilir 


Masallı rayon Təzə Alvadı ərazisinin yeni yaşayış massivində qazlaşdırılmamış evlərə qaz xətti çəkilişi işlərinə baxış keçirilib.
Baxış zamanı Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılıması şöbəsinin müdiri Adəm Məhərrəmov, “Azəriqaz” İB Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Namiq Məmmədov, Masallı xidməti sahəsinin rəisi İxtiyar Seyfullayev və aidiyyatı üzrə qurumların əməkdaşları ərazidə aparılan işlərlə tanış olub, müvafiq tapşırıq və tövsiyələrini veriblər.
Sakinlərdən Ağamirzə Alışov, Yavər Yusubov, Yusif Məmmədov və başqaları 74 abonentin evinə qaz xətti çəkilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Masallı RİH başçısı Araz Əhmədova və “Azəriqaz” İB rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
 
Akif AĞAYEV


 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı