Xəbərlər 01.03.2024 14:46 2819

ÜST 1990-cı ildən bəri piylənmədən əziyyət çəkən insanların sayının iki dəfə artdığını bildirir

Yer üzündə 1 milyarddan çox insan və ya hər səkkiz nəfərdən biri piylənmədən əziyyət çəkir ki, bu da 1990-cı ildən bu yana iki dəfə artıb.

QHT.az xəbər verir ki, bu araşdırma göstərdi ki, 2022-ci ildə "dünyada 1 milyarddan çox insan piylənmə ilə yaşayıb", - ÜST qeyd edib ki, söhbət planetin hər səkkizinci sakinindən gedir. "1990-cı ildən bəri böyüklər arasında piylənmənin qlobal yayılması iki dəfədən çox, uşaqlar və yeniyetmələr (5-19 yaş) arasında isə dörd dəfə artıb", - təşkilat 2022-ci ilə qədər böyüklərin 43%-nin artıq çəkidən əziyyət çəkdiyini bildirib.

ÜST xatırladıb ki, piylənmə ürək-damar xəstəlikləri, diabet və bəzi xərçəng növlərinə səbəb ola bilər. ÜST-nin Baş Direktoru Tedros Adhanom Ghebreyesus, "Bu yeni araşdırma pəhriz, fiziki fəaliyyət və lazımi hallarda müvafiq qayğı vasitəsilə erkən yaşdan yetkinliyə qədər piylənmənin qarşısının alınması və müalicəsinin vacibliyini vurğulayır" dedi.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı