Xəbərlər 13.03.2024 17:07 1406

"2025-ci ilə qədər süni intellekt hər hansı bir insandan, 2029-cu ilə qədər isə bütün bəşəriyyətin birləşdiyindən daha ağıllı olacaq" - Elon Musk

Sosial şəbəkədəki X səhifəsində (keçmiş Twitter) Co Roqanın amerikalı kompüter alimi Rey Kurzweil ilə süni intellektin insan zəka səviyyəsinə nə vaxt çatacağından bəhs edən podkastından bir parçanı repost edən Amerikalı iş adamı Elon Musk xüsusi olaraq yazıb:  “Gələn il süni intellekt yəqin ki, hamıdan daha ağıllı olacaq. 2029-cu ilə qədər süni intellekt çox güman ki, bütün insanların birləşdiyindən daha ağıllı olacaq”. 

 

QHT.az xəbər verir ki, İlon Mask məşhur ChatGPT chatbotunu yaradan OpenAI şirkətinin yaradıcılarından biridir. Lakin şirkətin hazırkı rəhbəri Sem Altmanla münaqişəyə görə o, 2018-ci ildə şirkəti tərk edib.

Daha sonra, 2023-cü ildə Musk özünün süni intellekt startapı olan X.AI Corp.-u qurdu. Mask bu yaxınlarda DeepMind Lab-da işləyən süni intellekt mütəxəssisi İqor Babuşkini işə götürdü. O, həmçinin ona qoşulmaq üçün bir neçə OpenAI işçisini işə götürməyə çalışdı.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı