Xəbərlər 29.03.2024 15:45 2893

Şəhidimiz Sənan Kərimovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Sənan Kərimov 1991-ci il martın 29-də Ağdam rayonunda anadan olub.

QHT.az xəbər verir ki, 2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2009-2013-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2016-cı ilin "Aprel döyüşləri"nin də iştirakçısı olan Sənan Kərimov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 7 oktyabr tarixində Cəbrayıl istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Sənan Kərimov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı