Xəbərlər 01.04.2024 10:44 1217

Liviyanın baş nazirinin evi silahlı qüvvələr tərəfindən hücuma məruz qalıb

Naməlum şəxslər Liviya Milli Birlik Hökumətinin rəhbəri Abdel Hamid Dbeibahın iqamətgahına silahlı hücum ediblər.

QHT.az xəbər veriri ki, hücum edənlər dənizdən atəş açıblar, Tripolidəki binaya cüzi ziyan dəyib, itki yoxdur. Atışma zamanı Dbeibahın özünün iqamətgahda olub-olmaması barədə məlumat yoxdur. Tezliklə hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub.

Hücum edənlərin kimliyi və motivləri barədə məlumat hələlik açıqlanmır.
 
Pərvanə Fərhadqızı

Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı