Xəbərlər 08.05.2024 15:35 1707

Azərbaycanın Milli Qəhrəmanı - şəhid polkovnik İlqar Mirzəyevin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin polkovniki olan İlqar Mirzəyev 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani şəhərində anadan olub.

QHT.az xəbər verir ki, 1991-1995-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində "Artilleriya" ixtisası üzrə təhsil alıb. 2003-cü ilin avqustunda Müdafiə Nazirliyi tərəfindən ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına göndərilib və 2005-ci il iyulun 2-də təhsilini uğurla başa vurub. Qüsursuz xidmətinə görə Müdafiə Nazirliyinin 26 iyun 2012-ci il tarixli əmrinə əsasən ona "polkovnik" hərbi rütbəsi verilib. 2016-cı ilin "Aprel" döyüşlərinin də iştirakçısı olan İlqar Mirzəyev 2020-ci ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlər zamanı 14 iyul tarixində qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli 2337 nömrəli Sərəncamına əsasən İlqar Anzor oğlu Mirzəyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı