Xəbərlər 01.04.2024 14:45 1988

"Faiz Dərəcələrinin Dəyişdirilməsinin Maliyyə Bazarları Üzərindəki Təsiri”- QHT sədrindən AÇIQLAMA

Mərkəzi Bank uçot dərəcəsinin 7.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.75%-dən 8.5%-ə endirib və faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlayıb.

Bəs Mərkəzi Bankın faiz dərəcələrini dəyişməsinin maliyyə bazarlarına təsiri necədir? Kredit xərcləri və istehlak xərcləri necə dəyişə bilər?

QHT.az suallara aydınlıq gətirmək üçün Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elşad Məmmədovdan açıqlama alıb. Onun verdiyi məlumata əsasən, Mərkəzi Bankın uçot dərəcəsinin endirilməsi ilə bağlı qəbul etdiyi qərar ölkədə həyata keçirilən pul kredit siyasətinə, investisiya mühitinə ciddi təsirlər göstərməyəcək. Onun fikrincə, bu dəyişikliklərin effektiv olması üçün daha dərin bir təhlil lazımdır: “Bunu gözləmək sadəlövhlük olardı. Belə ki, uçot dərəcəsinə uyğun pul kredit siyasətinin tənzimlənməsi effektiv sayıla bilməz. Nəzərə almaq lazımdır ki, ölkədə fəaliyyət göstərən kommersiya banklarının öhdəliklərində Mərkəzi Bank tərəfindən verilən vəsaitlərin payı o səviyyədə deyil ki, bu faiz dərəcəsinin dəyişdirilməsi ilə bağlı olan qərar hansısa ciddi təsirlər göstərsin. Faiz dərəcəsi qısamüddətli əməliyyatlara aiddir ki, yəni Mərkəzi Bankın uçot dərəcəsi, qısamüddətli əməliyyatlar isə nə pul, kredit siyasətini, nə investisiya siyasətini demək olar ki, ciddi şəkildə təkana məruz qoymur. Ciddi təsirlər bu mexanizmlər vasitəsilə həyata keçirilmir. Ona görə də düşünürəm ki, bank sektorundakı hansısa ciddi dəyişiklikləri bu qərarın qəbul edilməsi ilə gözləmək sadəlövhlük olardı”.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı