Xəbərlər 05.04.2024 00:57 1610

Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda

Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda

 

Masallı rayonunun Şərəfə kəndində Birinci Qarabağ müharibəsi şəhidi Qəhrəman İsmayılovun doğum günü ilə bağlı anım tədbiri keçirilib.
Şərəfə kənd tam orta məktəbi, folklor evi və ərazi nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir öncəsi kəndin mərkəzində şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.
Şəhidin adını daşıyan Şərəfə kənd tam orta məktəbində davam edən tədbirdə cəsur döyüşçü Qəhrəman İsmayılovun şərəfli ömür yolundan, baş çavuş kimi başçılıq etdiyi taqımla birgə erməni işğalçılarına qarşı göstərdiyi fədakarlıqdan bəhs edilib, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.  
Bildirilib ki, Qəhrəman Həmzə oğlu İsmayılov 4 aprel 1973-cü ildə Şərəfə ərazisinin Ağakişibəyli kəndində anadan olub. 1986-cı ildə Şərəfə kənd orta məktəbinin səkkizinci sinfini bitirib.
1991-ci ilin mayından Sovet ordusu sıralarında, 1992-ci ilin fevralından isə milli ordumuzun tərkibində xidmət edib.
1994-cü ilin fevralı1-də Füzuli bölgəsində gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şərəfə kənd tam orta məktəbi şəhidin adını daşıyır. 

 

Akif AĞAYEV


 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı