Xəbərlər 05.04.2024 14:59 1156

BSU- da “Heydər Əliyev -Unudulmaz lider” adlı foto-xalça sərgisinin təqdimatı baş tutub

Aprelin 4-də Bakı Slavyan Universiteti (BSU )və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevə həsr olunan “Heydər Əliyev -Unudulmaz lider” adlı foto-xalça sərgisinin təqdimatı baş tutub.

Sərgidə Milli Məclisin deputatları Aydın Mirzəzadə , Musa Qasımlı, Vüqar İsgəndərov,"Qeyd-Sosial Maarifləndirmə" İctimai Birliyinin sədri Tural Nurməmmədov, BSU-nun elmi-pedaqoji heyəti iştirak edib.  

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev tədbir iştirakçılarını salamlayaraq bu sərginin universitetdə artıq ənənə halını almış növbəti sərgi olduğunu bildirib. Rektor ötən ilin 29 dekabr tarixində “Heydər Əliyev İli" çərçivəsində Ümummilli lider Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırovun Ulu Öndər Heydər Əliyevin fotolarından ibarət möhtəşəm sərgisinin də məhz BSU-da keçirildiyini diqqətə çatdırıb. O, bu sərginin özəlliyinin onun yalnız texniki olarq xalça üzərində qurulmağından ibarət olmadığını bildirib. Sərgidə nümayiş olunan əsərlər vasitəsilə Ulu Öndərin müasir Azərbaycan dövlətinin banisi, Azərbaycan dövlətini tamamilə yeni bir mərhələyə çıxarmış lider olaraq olaraq onun şəxsi keyfiyyətlərinin, insan olaraq formalaşdırdığı dəyərlərin və formalaşdırdığı həmin dəyərlərin necə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə ötürməsinin şahidi olduğumuzu deyib. Rektor sərgidəki birinci əsərdə Ulu Öndərin Prezident İlham Əliyevlə bağlı əks olunan “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” ifadəsinin Ümummilli Liderin Azərbaycanın xilaskarı olacağına inamını ifadə etdiyini bildirib. Sərgidə 44 şəklin nümayiş etdirildiyini diqqətə çatdıran Anar Nağıyev gənclərin bununla Ulu Öndərin yaratdığı tarixə söykənən milli-mənəvi dəyərlər üzərindən formalaşmış Azərbaycan siyasətinin Müzəffər Ali Baş Komandan tərəfindən çox böyük uğurla həyata keçirilərək məhz 44 gün ərzində Azərbaycanın uzun bir dövrünün probleminin həll olunmasının mesajını verdiyini qeyd edib. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda qazi və şəhid olmuş həmvətənlərimizə, Müzəffər Ali Baş Komandana ömür boyu minnətdar olacağımızı bildirib. Azərbaycanın öz əraziləri üzərində suverenliyini bərpa edən ölkəmizin dünyanın hesablaşdığı dövlətlərindən biri bəlkə də birincisi olmağa çox yaxın olduğunu vurğulayıb. Bütün bunların isə Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dəyərlər üzərindən İlham Əliyevin ölkəmizə rəhbərlik etməsinin nəticəsi olduğunu qeyd edib. Rektor 14 fevral tarixində andiçmə mərasimində Prezident İlham Əliyevin müraciətləri içərisində qeyd etdiyi vacib məqamlardan birinin Azərbaycançılığı duyan, milli vətənpərvərlik ruhunda gənclərin yetişdirilməsi olduğunu deyərək bu məsələnin bir ali təhsil müəssisəsi kimi BSU-nun qarşıda duran yol xəritəsi olduğunu xatırladıb. Ali təhsil müəssisələrinin üzərinə Ulu Öndər Heydər Əliyevin yaşatdığı, Prezident İlham Əliyevə ən yüksək zirvəyə çatdırdığı dəyərləri yaşatmaq kimi böyük məsulliyyət düşdüyünü bildirib. Anar Nağıyev "Biz azərbaycanlı olmağımız, bu xalqın məhz Ulu Öndər Heydər Əliyev kimi lideri, Prezident İlham Əliyev kimi ali rəhbəri olmağı ilə həmişə qürur duyacağıq."- deyə qeyd edib.

Çıxışının sonunda rektor "Qeyd-Sosial Maarifləndirmə" İctimai Birliyinin bu təşəbbüsünü yüksək qiymətləndirərərək Birliyə öz minnətdarlığını çatdırıb.

Milli Məclisin deputatları Aydın Mirzəzadə , Musa Qasımlı, Vüqar İsgəndərov çıxış ediblər. Çıxılarda şəkillərə baxarkən Ulu Öndərin timsalında Azərbaycan xalqının potensialını görüldüyü, bu sərginin eyni zamanda ailə dəyərlərinin sərgisi olduğu bildirilib. Gənclərin belə təşəbbüsünün olmasının təqdirəlayiq hal olduğu qeyd olunub.

Sonda"Qeyd-Sosial Maarifləndirmə" İctimai Birliyinin sədri Tural Nurməmmədov layihə haqqında məlumat verərək layihə çərçivəsində 15-dən artıq sərginin keçirildiyini diqqətə çatdırıb.

Sərgi çərçivəsində Ulu Öndər Heydər Əliyevə məxsus müxtəlif zamanlarda çəkdirdiyi şəxsi və ailə üzvləri ilə bərabər olan xüsusi fotolarının əks olunduğu xalçalar nümayiş etdirilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı