Ailə, Qadın və Uşaq Hüquqları Üzrə İş Birliyi müzakirə edilib
Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Fariz Əkbərov və Şuranın sədr müavini Nailə İsmayılova, Şuranın üzvü Samirə Mustafayeva Respublika Baş Prokurorluğunda Cinayət Təqibindən kənar İcraatlar İdarəsinin rəisi Elnur Musayev, rəis müavini Əsəd Əliyev və Idarənin prokuroru Namiq Əliyev ilə görüşüblər.
QHT.az xəbər verir ki, görüşdə erkən nikah, qohum nikahları, uşaq və qadın hüquqlarının qorunması və bu kimi digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bu yöndə qarşılıqlı əməkdaşlıqla bağlı fəaliyyət istiqamətləri müzakirə olunub.