Xəbərlər 06.04.2024 19:08 1804

Növbəti ictimai dinləmə keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Əhalinin ekoloji maarifləndirilməsi və ekoloji mədəniyyət” haqqında Azərbaycan Respublikasının Qanunu layihəsinin hazırlanması ilə bağlı ictimaiyyətin məlumatlandırılması, eyni zamanda, ölkəmizdə ekoloji maarifləndirmə və ekoloji mədəniyyət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin dinlənilməsi və müzakirəsi məqsədilə növbəti ictimai dinləmə keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə ekoloqlar, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər maraqlı tərəflər iştirak ediblər.

Görüşdə hazırda qüvvədə olan “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” 2002-ci il 10 dekabr tarixli 401-IIQ nömrəli Azərbaycan Respublikası Qanununda mövcud olan və öz əhəmiyyətini itirmiş normaların yeni qanun layihəsində müasir ictimai münasibətlərin tələbinə uyğun normalarla əvəz edilməsi, müvafiq sahədə beynəlxalq təcrübənin araşdırılması və təhsil ocaqlarında ekologiya sahəsində sosial yönümlü fəaliyyətlərə daha çox imkan yaradılması ilə bağlı müzakirələr aparılıb.

İctimai dinləmədə respublikamızda və regionda olan aktual ekoloji problemlər vurğulanıb və bu problemlərin həlli məqsədilə ətraf mühitin mühafizəsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar iştirakçıların fikirləri dinlənilib.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı