Xəbərlər 09.04.2024 12:39 4816

Fövqəladə Hallar Nazirliyi ağacəkmə aksiyası keçirib

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

 

Aksiyanın keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə 2024-cü ilin elan olunduğu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına dəstək olmaq, eləcə də insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək olub.

 

Bakı-Şamaxı magistiral avtomobil yolunun 28-ci kilometrliyində təşkil olunan ağacəkmə aksiyasında Agentliyin, o cümlədən Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun əməkdaşları iştirak ediblər.

 

Aksiyada müxtəlif növdə 200-dən çox ağac əkilib, onlara aqrotexniki qulluq göstərilib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı