Xəbərlər 16.04.2024 08:25 1508

QHT sədri Türkiyədə işgüzar səfərdə olub - FOTOLAR

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Türkiyənin İzmir şəhərinə işgüzar səfəri çərçivəsində Ege Universitetinin rektoru Prof. Dr. Necdet Budak ilə görüşüb.

QHT.az xəbər verir ki, gələcək qarşılıqlı fəaliyyət istiqamətlərinin müzakirə olunduğu görüşün sonunda Sevinc Orucova tərəfindən cənab rektora tarixi Şuşa şəhərini özündə əks etdirən xatirə hədiyyəsi təqdim olunub.

Qeyd edək ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, İzmir Azərbaycan Dərnəyi, Quba Soyqırımı Memorial Kompleksi və Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin birgə təşkilatçılığı ilə 15 aprel tarixində İzmir şəhərində yerləşən Ege Universitetində "Erməni problemi və 20-ci əsrdə azərbaycanlılara qarşı törədilən qırğınlar və deportasiyalar" başlıqlı sərgi-konfrans keçiriləcək.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı