Xəbərlər 16.04.2024 10:20 1333

Tərtərdə Qadınların Liderlik və Komanda Quruculuğu Təlimi - FOTOLAR

İş yerində lider olmaq çox vacibdir, ancaq liderliyə gedən yol uzundur.

QHT.az xəbər verir ki, 2023-cü ildə Azərbaycanda ilk dəfə olaraq işə götürülən və müvafiq təlim keçən qadın minalatəmizləyənlər kişilərin üstünlük təşkil etdiyi bu sahədə yüksək vəzifələrə keçmək üçün qazandıqları bilikləri artırmağa davam edir. Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilən və BMTİP-ANAMA birgə təşəbbüsü olan potensialın gücləndirilməsi fəaliyyətləri çərçivəsində Tərtərdə liderlik və komanda quruculuğu təlimi təşkil edilib. Təlim “NextGen” Bərpa Həlləri və İnsan Mobilliyi layihəsi tərəfindən “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması" layihəsi ilə birlikdə Mina Məsləhət Qrupu (MAG) və Beynəlxalq Avrasiya Mətbuat Fondu (IEPF) ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilib.

Təlim liderlik metodologiyaları və komanda quruculuğu oyunları sayəsində qadın və kişi minatəmizləyənlərin müxtəlif liderlik vasitələrini öyrənməsi, iştirakçıların özləri və iş şəraitlərinə ən çox uyğun gələn liderlik üslublarından istifadə qaydalarını anlaması və komanda üzvləri ilə effektiv ünsiyyət qurmaq üçün onlara dəstək olmaq məqsədi daşıyırdı.

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı