Xəbərlər 17.04.2024 16:40 1284

Onlayn media jurnalistləri Tbilisidə xüsusi təyinatlılar tərəfindən fiziki hücuma məruz qalıb

Onlayn media orqanlarının da daxil olduğu bir neçə jurnalist aprelin 16-dan 17-nə keçən gecə Gürcüstan parlamentinin binasında “xarici agentlər” qanun layihəsinə etiraz olaraq polis tərəfindən təqib və döyüldüklərini bildiriblər.

QHT.az xəbər verir ki, jurnalistlər peşə borcunu yerinə yetirərkən polis tərəfindən döyülüb. Jurnalist polis onun telefonunu əlindən alan zaman xüsusi təyinatlıların vətəndaşları necə saxladığını lentə alırmış. Telefon daha sonra ona qaytarılıb.

Parlamentin aprelin 16-da keçirilən iclasında “xarici agentlər haqqında” qanun layihəsinin müzakirəsinə paralel olaraq, vətəndaşlar parlament binası qarşısında toplaşaraq qanun layihəsinə etiraz ediblər. Polis bibər qazından istifadə edərək onları dağıtmağa başlayıb. Ən azı 11 nəfər saxlanılıb.

Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı