Xəbərlər 18.04.2024 00:20 1489

Vaşinqtonun Kiyevə yeni yardım layihəsi 61 milyard dolların ayrılmasını nəzərdə tutur

Konqresin Nümayəndələr Palatasına təqdim edilən yeni ayrıca qanun layihəsində Ukraynaya 61 milyard dollar məbləğində maliyyə yardımı ayrılması nəzərdə tutulur.

QHT.az xəbər verir ki, qanun layihəsinə görə, bu məbləğin təxminən 23 milyard dolları Amerika arsenallarının artırılmasına yönəldilməlidir.

11,3 milyard dolların ABŞ-ın “regionda davam edən hərbi əməliyyatlarına”, 13,8 milyard dolların isə “mütərəqqi silah sistemləri, müdafiə məhsulları və müdafiə sahəsində xidmətlərin” alınmasına xərclənməsi planlaşdırılır.

Qanun layihəsi üzrə yekun səsvermə aprelin 20-də gözlənilir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı