"Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir" - İlqar Hüseyinli
"Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toyvo Klaar bildirib ki, bu gün Ermənistan və Azərbaycan sərhəd komissiyalarının işi, hüquqi sənədlər və 1991-ci il Almatı sazişi əsasında delimitasiya prosesinin başlanması ilə bağlı ümidverici xəbərlər oldu. Aİ danışıqlar prosesini, hərtərəfli və dayanıqlı həll hədəfini tam dəstəkləyir”.
QHT.az xəbər verir ki, bu sözləri Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli İlqar Hüseyinli bildirib. Onun sözlərinə görə, bu onu deməyə əsas verir ki,bu artıq AI-nın rəsmi mövqeyidir. O, həmçinin qeyd edib ki, Cənubi Qafqazda dayanıqlı sülh və sabitlik prosesində AI-nın mövqeyi Azərbaycan-AI arasında geniş əməkdaşlıq imkanlarının davam etdirilməsində marağının ifadəsidir: "Beləliklə Qazağın 4 kəndinin geri qaytarılması istiqamətində AI-nın bu mövqeyi BMT və dünya dövlətləri tərəfindən qəbul olunmuş sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün,suverenliyinin tanınması və təminatı kimi qəbul edilmədir".