Xəbərlər 22.04.2024 16:15 1822

“Gözlə məni” — Masallıda görkəmli bəstəkarın yubiley tədbiri

Süleyman Ələsgərov – 100

 

Aprelin 22-də, Masallıda görkəmli bəstəkar, tanınmış dirijor və pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti, professor Süleyman Ələsgərovun (1924 – 2000) anadan olmasının 100 illiyi ilə əlaqədar “Gözlə məni” adlı tədbir keçirilib.
Nizami Gəncəvi adına rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, mədəniyyət işçiləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mədəniyyət Mərkəzinin bədii rəhbəri Sakit Müslümov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamla  musiqi tariximizdə mühüm xidmətləri olan Süleyman Ələsgərovun 100 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd edilir. 
Çıxış zamanı bütün varlığı ilə Qarabağa, doğulub boya-başa çatdığı Şuşaya bağlı olan görkəmli bəstəkarın Azərbaycan professional musiqisində böyük irs qoyduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, görkəmli bəstəkar S.Ələsgərov bir neçə operetta, musiqili komediya, opera, simfonik muğam, simfoniya və kantata, tar ilə xalq çalğı alətləri orkestri üçün konsert, romansın və 200-dən artıq mahnının müəllifidir...
Tədbir konsert proqramı ilə davam edib.
Rayon mədəniyyət mərkəzinin solistləri Şamo İbayev, Atamoğlan və Ruslan Zahidovların, onbirillik incəsənət məktəbinin şagirdləri Təhmin İbayev, İbrahim Ələkbərov, Zeynəb Əliyeva, Könül Əzizova və Zamin Şahverdiyevin ifasında bəstəkarın əsərləri səsləndirilib.

 

Akif AĞAYEV
  


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı