Xəbərlər 22.04.2024 19:40 1737

QHT sədri: COP29 zamanı Bakının dünyaya nümunə olacaq təcrübə təqdim edəcəyinə inanırıq

İqlim dəyişikliyi ilə əlaqədar məsələləri müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən COP29-un Azərbaycanda keçirilməsi olduqca əhəmiyyətlidir. Həmin mötəbər tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün demək olar ki, bütün qurumlar səfərbər olublar. Tədbirin Azərbaycanın adına layiq şəkildə təşkili üçün addımlardan biri də Prezident İlham Əliyevin sərəncamları ilə COP29-un Təşkilat Komitəsinin yaradılması və tərkibinin genişləndirilməsidir. Təşkilat Komitəsinin tərkibinə xeyli sayda qadınların və xüsusilə QHT rəhbərlərinin daxil edilməsi əhəmiyyətli yenilik idi. Bu, qadınlara və vətəndaş cəmiyyətinə etimadın göstəricisidir. Xüsusilə qeyd etmək lazımdır ki, QHT-lərin bu proseslərdə iştirakı və məsuliyyəti önəmlidir.

Bunu AZƏRTAC-a açıqlamasında “Ekoloq, Ətraf Mühitin Qorunmasına Yardım” İctimai Birliyinin sədri Rübabə Hüseynli deyib.

O qeyd edib ki, COP tədbirlərinin məqsədi Paris Sazişinin tələbi kimi dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdır. Bu istiqamətdə Azərbaycanda aparılan islahatlar fonunda cəlbedici yenilikləri qeyd etmək olar.

“Məlumdur ki, ölkəmizə idxal olunan hibrid və elektromobil avtomobillərin idxalına dair xeyli stimullaşdırıcı tədbirlər görülüb. Bakının Baş planına metro tikintisinin sürətləndirilməsi, tramvay nəqliyyatının bərpası, ölkə ərazisində yaşıllıqların və meşə zolaqlarının salınması və sair kimi proqramlar daxil edilib. Bu kimi tədbirlər COP tədbirləri ilə bilavasitə bağlıdır. İnanırıq ki, Bakı qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsində dünyaya nümunə olacaq təcrübə təqdim edəcək”, - deyə İctimai Birliyin sədri vurğulayıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı