Xəbərlər 24.04.2024 06:40 1871

“Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı” - FOTOLAR

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın fəaliyyəti çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Sosial Xidmətlər Agentliyinin tərəfdaşlığı ilə icra olunan “Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı” layihəsinə cəlb olunmuş sosial işçilər üçün beynəlxalq ekspert tərəfindən hazırlanmış proqram əsasında təlim keçirilib.

QHT.az xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyinin ofisində 15-20 aprel tarixlərində təşkil olunan təlimin ilkin mərhələsində Sosial Xidmətlər Agentliyi, Bakı şəhəri üzrə yerli icra hakimiyyətləri, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və “Ümidli gələcək” Gənclər İctimai Birliyində çalışan 30 sosial işçi iştirak edib. Növbəti mərhələdə təlimlər onlayn formatda davam etdiriləcək.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı