Xəbərlər 24.04.2024 10:10 1002

Qəhrəman şəhidimiz Elvin Həsənovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elvin Çingiz oğlu Həsənov 1994-cı ilin 24 aprel tarixində Sumqayıt şəhərində anadan olub.

QHT.az xəbər verir ki, 2013-cü ildə Sumqayıt şəhərində yerləşən 34 saylı tam orta məktəbi bitirərək hərbi xidmətə yollanıb. O, 2014-cı ilin 16 mart tarixində Azərbaycan-Ermənistan təmas xəttində baş verən düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Martın 18-i isə Elvin Həsənov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salınıb.

Elvin Həsənov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Müdafiə Naziri Zakir Həsənovun Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı