Xəbərlər 10.05.2024 10:58 2262

Braziliyada daşqın: Ölənlərin sayı yüzü ötüb

Daha 130-dan çox insan itkin düşüb.

QHT.az xəbər verir ki, Braziliyanın cənubunda güclü daşqınlar davam edir . Təbii fəlakət nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb. Zərər çəkmiş bölgədə xilasetmə əməliyyatlarının davam etdiyi, səlahiyyətlilərin dəyən ziyanı hesablamağa başladığı bildirilir.

Yaxın günlərdə daha çox yağış yağacağı gözlənilir. Bu, narahatlıq doğurur, çünki hər şeyin artıq su altında qaldığı su basmış şəhərlərdə suyun səviyyəsi daha da artacaq.

136 nəfərin itkin düşdüyü və 165 mindən çox sakinin su basmış evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilir. Daşqınlar infrastrukturu və körpüləri dağıdıb, Porto Aleqre şəhərinə girişi bağlayıb, burada supermarket rəfləri boşalıb və gecə saatlarında qarətlər başlayıb.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı